mobil versiya

Braziliya prezidenti Venesuelanı BRICS-ə qoşulmağa çağırıb


Braziliya Prezidenti Luiz İnasio Lula da Silva bazar ertəsi Venesuelanın BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın qoşulduğu təşkilat) qoşulmasının tərəfdarı olduğunu bildirib.
Bu barədə Braziliya Prezidenti Venesuela Prezidenti Nikolas Maduro ilə keçirdiyi mətbuat konfransında deyib: “BRICS-ə qoşulmaq istəyən ölkələrlə bağlı çoxlu təkliflər var. Biz bunu müzakirə edəcəyik, rəsmi müraciət olarsa, baxıb qərar verəcəyik. Əgər mənim fikrimlə maraqlanırsınızsa, mən bunun tərəfdarıyam”.
Venesuela lideri öz növbəsində ölkəsinin “beşlik”ə qoşulmaq istədiyini bildirib və qeyd edib ki, birlik fərqli dünya nizamı istəyən ölkələri özünə cəlb edən maqnitə çevrilib. “Əgər bizdən soruşsalar ki, Venesuela nə vaxtsa BRICS-in bir hissəsi olmaq istəyir, bəli, biz təşkilatın bir hissəsi olmaq və dəyişən dünya düzəni ilə ayaqlaşmaq istəyirik”, - deyə Maduro söyləyib. 
KARUSEL / DÜNYA
Tarix: 30-05-2023, 08:54