mobil versiya

Hakan Fidan Türkiyənin XİN başçısı kimi vəzifəsinin icrasına başlayıb



Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 5-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun tviter səhifəsində bildirilib.
Məlumata görə, iyunun 5-də Türkiyənin Xarici İşləri Nazirliyində Mövlud Çavuşoğlunun vəzifəsini təhvil-təslim mərasimi olub.
Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Türkiyənin Milli Kəşfiyyat Təşkilatına (MİT) başçılıq edib.

KARUSEL / DÜNYA
Tarix: 5-06-2023, 13:16