mobil versiya

Millimizin dünya çempionatındakı potensial rəqibləri bəlli olub



Dünya Minifutbol Federasiyası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatının iştirakçılarını açıqlayıb.
Yarışda son Avropa çempionu Azərbaycan milli komandası da iştirak edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Liviya, Braziliya, Bolqarıstan, Çexiya, Misir, İngiltərə, Fransa, Gürcüstan, Qana, Qvatemala, Macarıstan, Hindistan, İraq, İrlandiya, İsrail, Yaponiya, Qazaxıstan, Tailand, Albaniya, Monteneqro, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, İspaniya, Livan, Tunis, Ukrayna və ABŞ seçmələri də birincilik uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı Ras-əl-Hayma şəhərində oktyabrın 26-dan noyabrın 4-dək keçiriləcək. Turnirin püşkatma mərasimi iyunun 20-də keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 15-06-2023, 16:13