mobil versiya

“Neftçi” Kanada və Malayziya yığmaları ilə qarşılaşacaq



İyulun 6-7-də İsveçrənin Friburq şəhərində 3x3 basketbol üzrə 16 komandanın iştirakı ilə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.
Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Friburq mərhələsində iştirak edəcək Bakının “Neftçi” klubu A qrupunda Kanada və Malayziya milli komandaları ilə mübarizə aparacaq. "Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 17:30-da Kanada seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

KARUSEL / İDMAN
Tarix: 6-07-2023, 10:48