mobil versiya

Təhsil tələbə krediti almaq üçün müraciət edənlərin statistikası açıqlanıb


Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən xəbərə görə, Təhsil Tələbə Krediti Fonduna müraciət edən şəxslər üzrə ümumilikdə 6714 nəfər təhsil tələbə kreditindən yararlanıb. Onlardan 2345 nəfərin müraciəti sosial TTK, 4369 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Qeyd edək ki, Təhsil Tələbə Krediti Fonduna notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron müraciət edərək kreditdən yararlanmaq mümkündür.

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-07-2023, 17:52