mobil versiya

Yoav Qallant Şəhidlər xiyabanını və Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib


Bakıda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nümayəndə heyəti tərəfindən məzarların üzərinə gül dəstələri düzülüb. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.


KARUSEL / SİYASƏT
Tarix: 13-07-2023, 14:04