mobil versiya

MİQ imtahanlarının nəticələri açıqlandı



11-15 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün fənlər üzrə minimum tələbi 40 bal müəyyən olunub.
Xatırladaq ki, bu il MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-07-2023, 13:45