mobil versiya

Qazaxıstan XİN bəyanat yayıb



Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiqləyir. Bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə və normalarına uyğun olaraq siyasi-diplomatik yol ilə həll olunmasına tərəfdar olduğunu bildirir.
KARUSEL / SİYASƏT
Tarix: 12-09-2023, 16:11