mobil versiya

Alman ordusu ilə bağlı qalmaqallı İDDİA



Almaniya Silahlı Qüvvələrinin bir çox helikopter və tanklarının istifadəyə yararsız olması iddia edilib.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə “Şpigel” jurnalını saytı yazıb.

Məqalədə qeyd edilib ki, bir çox texnikanın sıradan çıxıb və onların ehtiyat hissələri tapılmır. Bu isə Almaniya ordusunun böhran vəziyyətində olması ilə əlaqələndirilib.

Məlumata görə, Almaniya ordusu üçün 2023-cü ildə yeni model hərbi helikopterlərin alınması planlaşdırılır.

Almaniya ordusunda helikopter və təyyarələrin sayı, onlardan neçəsinin istifadəyə yararlı və vəzifə icra etməyə hazır olduğu barədə siyahını təqdim edirik:

ModelSayıNeçəsi istifadəyə yararlıdır?Neçəsi əməliyyata hazırdır?
“NH-90” helikopteri75449
“Sikorsky CH-53” helikopteri714818
“Tiger” helikopteri53369
“Tornado” təyyarəsi935720
“A400M” helikopteri31198
“Puma” tankı284191191
“Leopard”245183183

KARUSEL / DÜNYA
Tarix: 19-11-2019, 11:45