mobil versiya

PUTİNDƏN YENİ NÜVƏ TƏHDİDİ – “Rusiya iki halda nüvə silahından istifadə edəcək”


“Ağlı olan birinin Rusiyaya qarşı nüvə silahı istifadə etməyi düşünəcəyini düşünmürəm”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin ötən gün Soçidə baş tutan Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.
Rusiyanın nüvə silahından istifadə etməsi ilə bağlı sualı cavablandıran Putin, bunları deyib: “Rusiya iki halda nüvə silahından istifadə edəcək. Birincisi, bizə qarşı nüvə silahı tətbiq edilərsə, biz də buna cavab olaraq əks-hücum edəcəyik. İkincisi, Rusiya dövlətinin varlığı üçün təhlükə yaranarsa, biz nüvə silahından istifadə edə bilərik. Rusiyaya qarşı adi silahlardan istifadə edilsə belə, bu, Rusiyanın bir dövlət olaraq varlığını təhlükə altında qoya bilər”.
Putin nüvə silahları ilə bağlı Rusiyanın hərbi doktrinasında hər hansı dəyişikliyə ehtiyac olmadığını vurğulayıb. O qeyd edib ki, hazırda Rusiya dövlətinin varlığını təhlükəyə atan bir vəziyyət yoxdur.
KARUSEL / DÜNYA
Tarix: 6-10-2023, 19:26