mobil versiya

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə hazırdır



Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümdə teatrsevərlərə İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri əsasında hazırlanan tamaşanı təqdim edəcək.
Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Hazırda tamaşanın ilk məşqləri keçirilir.
Qusar Mədəniyyət Sarayının səhnəsində təqdim olunacaq tamaşada 12 aktyor rol alıb.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-10-2023, 17:29