mobil versiya

İrəvanda etirazçılar Samvel Şahramanyanın qardaşını döyüb



İrəvanda etirazçılar Samvel Şahramanyanın qardaşı Karen Şahramanyanı döyüblər.
Bu barədə erməni mediası məlumat yayıb.
Belə ki, erməni telegram kanallarında yayılan kadrlarda İrəvandakı etirazçıların Karen Şahramanyana hücum edərək onu döyməsi əks olunub.
Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Mərkəzi hakimiyyət Qarabağın erməni əhalisinə birgə yaşayış üçün Azərbaycan qanunları çərçivəsində hər bir şəraitin yaradılacağı ilə bağlı öhdəliyinə sadiq qaldığını bildirsə də onların böyük əksəriyyəti könüllü şəkildə Qarabağ iqtisadi rayonunu tərk etməyi seçdilər. Rəsmi Bakı sözünə sadiq qalaraq müharibə cinayəti olmayan Qarabağın erməni əhalisinin Ermənistana gedişi üçün təhlükəsizlik dəhlizi yaratdı.

KARUSEL / DÜNYA
Tarix: 20-10-2023, 16:11