mobil versiya

“Qarabağ” bu gün səfərdə Almaniya klubu ilə oynayacaq




“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyada “Bayer 04”ün qonağı olacaq.
“Bay-Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Görüşü rumıniyalı Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında “Molde” Norveçdə İsveçin “Hakken” komandasını qəbul edəcək.
UEFA Avropa Liqası, qrup mərhələsi
III tur
23:00. “Bayer 04” (Almaniya) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Horatsiu Fesnik (Rumıniya).
Leverkuzen. “Bay Arena”
Qeyd edək ki, “Bayer 04” və “Qarabağ” əvvəlki iki oyunda qələbə qazanıblar və 1-2-ci yerləri bölüşdürürlər. Qrupdakı digər iki kollektivin isə xalı yoxdur.

KARUSEL / İDMAN
Tarix: 26-10-2023, 11:39