SOCAR Norveç şirkətinin AÇG, “Qarabağ” yataqları və BTC layihəsindəki paylarını alıb

SOCAR-dan bildirilib ki, görüşdə SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” (AÇG), “Qarabağ” yataqları, həmçinin Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27 faiz, BTC boru kəmərində 8,71 faiz, “Qarabağ” yatağında isə 50 faiz iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25 faiz, BTC-də 25 faiz, “Qarabağ” yatağında isə 50 faiz təşkil edib.
İştirak paylarının alınmasına dair əqdlər bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.
Görüşdə, həmçinin “Equinor” ilə SOCAR arasında dekarbonizasiya və yaşıl enerji sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-12-2023, 14:41