mobil versiya

Bakı-Sumqayıt qatarında problem: Sərnişinlər yolda qaldı



Bakı-Sumqayıt sürət qatarının hərəkətində yenidən problem yaranıb. 

BAKU.WS xəbər verir ki, səhər saatlarında 08:15-də Biləcəridən yola düşməli olan qatar 12 dəqiqə gec hərəkət edib.

Qatarı idarə edən maşinist sərnişinlərə texniki nasazlıq ucbatından belə bir halın baş verdiyini bildirib. 

Qeyd edək ki, son günlər Bakı-Sumqayıt sürət qatarının hərəkətində tez-tez problemlər yaranır. Qatarların gecikməsinə səbəb yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində, kontakt şəbəkəsində izolyator zədələnməsidir.

KARUSEL / ÖLKƏ
Tarix: 5-12-2019, 11:20