mobil versiya

Azərbaycan millisi FIFA reytinqində irəliləyib



FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Yeni siyahıda Azərbaycan yığması bir pillə irəliləyib.
Hazırda baş məşqçisiz olan komanda 1174.22 xalla 113-cü sırada qərarlaşıb.
Reytinq siyahısına əvvəlki kimi, son dünya çempionu Argentina seçməsi (1855.2 xal) başçılıq edir. Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) üçüncü pilləni tutur.
Türkiyə yığması (1505.28) isə 2 pillə irəliləyərək 35-ci sıraya yüksəlib.

KARUSEL / İDMAN
Tarix: 15-02-2024, 14:56