mobil versiya

“Alphabet”, “Apple” və “Meta” ilə bağlı araşdırma başlanılıb



Avropa Komissiyası (AK) “Alphabet”, “Apple” və “Meta” şirkətləri ilə bağlı Avropa İttifaqının rəqəmsal bazarlar qanununun pozulması iddiası ilə bağlı ilk araşdırmaya başlayıb.
TASS xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.
“Bu gün Avropa Komissiyası rəqəmsal bazarlar qanunvericiliyi çərçivəsində qanunlara riayət edilməməsi ilə bağlı araşdırmaya başlayıb. Bu, “Google Play”də idarəetmə üçün “Alphabet” qaydalarına, “App Store”da idarəetmə üzrə “Apple” qaydalarına, eləcə də bəzi “Meta” qaydalarına aiddir”, - məlumatda deyilir.

KARUSEL / DÜNYA
Tarix: 25-03-2024, 16:01