mobil versiya

ABŞ-ın Baltimor şəhərində Dali böyük yük gəmisi Francis Scott Key körpüsünü uçurdub



ABŞ-ın Baltimor şəhərində Dali adlı böyük yük gəmisi Francis Scott Key körpüsünü uçurdub. Onun hissələri Patapsco çayına çöküb. 
BBC News xəbər verir ki, qəza vaxtı körpünün üstündə olan 20-dək şəxs və bir neçə maşın çaya düşüb, hadisə yerinə gəlmiş Baltimor Şəhər Yanğından Mühafizə İdarəsi açıqlayıb. 
Rəsmi olaraq, bu, çoxlu insan tələfatı ilə nəticələnən hadisə elan olunub. BBC müxbiri Simon Jones yazır ki, belə açıqlama vəziyyətin "çox ciddi" olduğunu göstərir. 
O vurğulayır ki, rəsmilər hadisəni yalnız "son dərəcə ciddi olduğu zaman belə adlandırırlar".  
Hazırda geniş çaplı xilasetmə və bərpa əməliyyatının aparıldığı bildirilir. 
Yanğınsöndürmə idarəsi açıqlayıb ki, çərşənbə axşamına keçən gecə Dali adlı yük gəmisi “Francis Scott Key”-in sütununu vurub. 
"Dali"nin 2 kapitanı və heyət üzvlərinin zərər çəkmədiyi açıqlanıb. 
Sosial şəbəkələrdə yayılan görüntülərdə körpünün tamamilə suya düşdüyü görünür. 
Francis Scott Key körpüsü Patapsco çayı üzərindən keçən avtomobil yolunu birləşdirib.

KARUSEL / DÜNYA
Tarix: 26-03-2024, 13:41