mobil versiya

İsrail İran səfirliyinə və konsulluq binasına zərbələr endirib



Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. 
İsrailin hava zərbələri nəticəsində ölənlər var.
Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib
“İsrailin Dəməşqə hücumu nəticəsində 5-7 nəfərin öldüyünü ehtimal edirik”, – deyə o bildirib.
Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.
Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.


KARUSEL / DÜNYA
Tarix: 1-04-2024, 20:35