mobil versiya

AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb



AFFA Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb.
Matçda yaşananlara hüquqi qiymət verilib.
“Qarabağ” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manat cərimə edilib. Ağdam təmsilçisinin fanatları tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə bölgə komandası 1000 manat ödəyəcək.
“Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb. O, klubunu 3000 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib.
“Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə bakılılar 1000 manat cərimələnib.
Paytaxt təmsilçisinin azarkeşləri tərəfindən 10 oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” tərəfindən ödəniləcək.
Qeyd edək ki, “Qarabağ” “Neftçi”yə 5:0 hesabı ilə qalib gəlib.(idman.biz)


KARUSEL / İDMAN
Tarix: 8-05-2024, 12:43