mobil versiya

“Geosiyasət dünya iqtiadiyyatını 3 bloka bölüb” –BVF




Qlobal iqtisadiyyat geosiyasi fərqliliklərin təsiri altında üç bloka bölünüb.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqlamasında bildirib.
Fondun geosiyasətin qlobal ticarətə təsiri haqqında dərc olunmuş hesabatında deyilir: “Biz üç bloka bölünmüş bir dünyanı nəzərdən keçiririk: Bura biri ABŞ-a, digəri Çinə əsaslanan və bir-biri ilə əlaqəsi olmayan ölkələr bloku daxildir”.
BVF-nin hesablamalarına görə, dünya iqtisadiyyatının ayrı-ayrı qruplara bölünmə tendensiyası mallar, xidmətlər və investisiyalar üzrə mövcud ticarət məhdudiyyətlərinin artmasına səbəb olub. Onların ümumi sayı 2023-cü ildə 3 mini keçib.
Bundan əlavə, BVF-nin qeyd etdiyi kimi, 2017-ci ildən 2023-cü ilə qədər Pekin və Vaşinqton arasında artan ziddiyyətlər fonunda Çinin ABŞ-a idxaldakı payı 8% azalıb.
Həmçinin, fondun hesablamalarına görə, Ukrayna münaqişəsi fonunda Rusiya ilə Qərb arasında birbaşa ticarət dağılıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-05-2024, 13:00