mobil versiya

Yol Polisində yeni təyinatlar gözlənilir: Kim hara gedəcək?



Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu vəzifəsindən azad olunub.

REPORTYOR.AZ
Qaynarinfo-ya istinadla xəbər verir ki, onun yerinə bir neçə ay əvvəl Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə rəis təyin olunan Fuad Mayılovun təyin olunması gözlənilir.

F.Mayılovun yerinə isə Ramiz Zeynalovun bacısı oğlu, I tağım komandiri Vüqar Əsgərovun təyinat alacağı bildirilir.

Qeyd edək ki, Fuad Mayılov Suqayıta təyinat almazdan əvvəl uzun illər "Ekologiya postu”nun rəisi vəzifəsində çalışıb.

Bir neçə gün əvvəl aparılan yoxlamalar nəticəsində Bakı Dövlət Yol Polisi idarəsinin rəhbər və zabit heyətinin sərəncama göndərildiyini yazmışdıq.



KARUSEL / ÖLKƏ
Baxılıb: 97 Tarix: 13-01-2020, 12:30



Şərh bildir
yenilə, əgər kod görünmürsə