Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində bu gün Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib.
Məlumat verilib ki, UNESCO Baş Konfransının 2024-cü ilin 7-22-noyabr tarixlərində keçirilmiş 42-ci sessiyasında “Divani-lüğəti-türk” əsərinin 950 illiyi təşkilatın 2024–2025-ci illər üzrə yubileylər siyahısına daxil edilib. Bu münasibətlə ötən ilin dekabrında UNESCO-nun baş qərargahında beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və fonda üzv və müşahidəçi ölkələrin müvafiq qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-02-2025, 15:17