mobil versiya

XİN: 2020-ci ildən indiyədək 388 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb



"4 aprel – Beynəlxalq Minalarla Mübarizə və Minalardan Təmizləmədə Yardım Günündə biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların yaratdığı ciddi təhlükəni bir daha vurğulayırıq".

Reportyor.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə bildirib.

Ermənistanın onilliklər boyu davam edən işğalı və minalardan məqsədyönlü istifadə etməməsi nəticəsində 2020-ci ildən indiyədək 388 Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb. İşğaldan azad edilmiş əraziləri çirkləndirən minalar mülki əhalinin həyatına təhlükə yaratmaqda, keçmiş məcburi köçkünlərin geri qayıtmasına və yenidənqurma işlərinə mane olmaqda davam edir.

MineActionCannotWait və biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minalardan təmizləmə səylərini dəstəkləməyə və Ermənistanı beynəlxalq humanitar hüququ pozduğuna görə məsuliyyətə cəlb etməyə çağırırıq.
Azərbaycan öz xalqının minasız, təhlükəsiz və firavan gələcəyini təmin etmək üçün sadiq və əzmkar olaraq qalır.
KARUSEL / SİYASƏT
Tarix: 4-04-2025, 13:05