Çin Ukraynanın iki vətəndaşını əsir götürməsindən sonra vətəndaşlarını müharibə zonalarından qaçmağa çağırır

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının tərəfində döyüşən iki Çin vətəndaşını ələ keçirdiyini söylədikdən sonra Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını münaqişə bölgələrindən və müharibələrdə iştirakdan çəkinməyə çağırıb.
Reportyor.az bu barədə xarici emdiaya istinadla bildirir.
Çin XİN deyib ki, Çin tərəfi Ukrayna tərəfi ilə müvafiq məlumatları yoxlayır: "Çin hökuməti həmişə öz vətəndaşlarından silahlı münaqişə bölgələrindən uzaq durmağı (və) istənilən formada silahlı münaqişələrə cəlb edilməməyi xahiş edib".
KARUSEL / DÜNYA
Tarix: 9-04-2025, 12:16