Azərbaycan və İtaliya hava nəqliyyatında əməkdaşlığı genişləndirir

“Azərbaycan Hava Yolları” (AZAL) QSC aprelin 1-dən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb.
Reportyor.az xəbər verir ki,bunu Səhmdar Cəmiyyətin prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında keçirilən görüşdə deyib.
Bildirib ki, mayın 13-dən isə uçuşlar hər gün həyata keçiriləcək.
Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.
2024-cü ildə bu xətt üzrə 67 mindən çox sərnişin daşınıb.
Səfir 2026-cı il Qış Olimpiya Oyunları fonunda bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə həmçinin yeni istiqamətlərin açılması və birgə təşəbbüslər müzakirə olunub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-04-2025, 13:16