XİN başçısı Küveytdə Əl-Salam Sarayı Muzeyində olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə gəlib.
Reportyor.az xəbər verir ki, səfər çərçivəsində Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
XİN başçısı səfər çərçivəsində Küveytin tarixi və mədəni inkişafına hərtərəfli baxış təqdim edən milli irsin görkəmli rəmzi olan Əl-Salam Sarayı Muzeyində olub.

Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub.
Xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri çərçivəsində Küveytin tarixi və mədəni inkişafına hərtərəfli baxış təqdim edən milli irsin görkəmli rəmzi olan Əl-Salam Sarayı Muzeyində olub.

KARUSEL / SİYASƏT
Tarix: 30-04-2025, 13:39