Şimali Koreya nüvə əks-hücumu ilə bağlı təlimlər keçirib

Pxenyan ABŞ və müttəfiqlərinin hərəkətlərini əsas gətirərək, bütün hərbi hissələri təcili olaraq nüvə əks-hücumuna hazır vəziyyətə gətirmək üçün təlimlər keçirib.
Təlimlər çərçivəsində Şimali Koreya bir neçə uzaqmənzilli raket buraxıb.
Pxenyan təlimləri Vaşinqton və onun peyklərinin hərəkətləri, xüsusən də ABŞ-ın Cənubi Koreya ilə birgə keçirdiyi təlimlərlə əsaslandırıb.
Şimali Koreya ordusu uzaqmənzilli silah və raket birləşmələrinin döyüş qabiliyyətini yoxlamaq üçün 600 mm-lik uzaqmənzilli çoxsaylı buraxılış raket sistemi və “Hwasong-11” taktiki ballistik raketindən istifadə edib.(apa)
KARUSEL / DÜNYA
Tarix: 9-05-2025, 09:22