Dünyada ən çox hansı markanın qulaqlıqları satılır?

2025-ci ilin ilk rübündə dünyada 78 milyon ədəd simsiz qulaqlıq satılıb.
“Canalys”in məlumatına görə, bazarın lideri 18,2 milyon satışla “Apple” olub və 23,3 faizlik pay əldə edib. İkinci yerdə 9 milyon satışla “Xiaomi” (11,5%), üçüncü yerdə isə 5,6 milyon satışla “Samsung” (7,1%) qərarlaşıb. “Huawei” 6%, Hindistanın “boAt” markası isə 4,9% bazar payına sahib olub.
“Apple”ın “AirPods Pro” və “AirPods Max” modelləri, “Xiaomi”nin “Buds 5 Pro” və “Redmi Buds 6”, eləcə də “Samsung”un “Galaxy Buds3 Pro” və “Buds FE” modelləri bazarda fərqlənən məhsullar arasında yer alıb. Digər markalar ümumilikdə bazarın 47,2 faizini təşkil edib. (Valyuta.az)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-05-2025, 14:15