Böyükşor–Pirşağı yolunda hərəkət istiqaməti dəyişir

Böyükşor–Pirşağı avtomobil yolunun 4–12-ci kilometrlik hissəsində hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək.
Reportyor.az xəbər verir ki, dəyişiklik 6 iyun saat 09:00-dan etibarən tikinti işləri tamamlanana qədər qüvvədə olacaq.
Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil ediləcək.
Sürücülərə müvəqqəti yol nişanlarına və qaydalara ciddi əməl etmələri tövsiyə olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2025, 11:48