“Arsenal” Qyokereş üçün rəsmi təklif göndərib
“Arsenal” Lissabon “Sportinq”inə hücumçu Viktor Qyokereşin transferi ilə bağlı rəsmi təklif göndərib.
“Record” xəbər verir ki, təklif 55 milyon avro sabit ödəniş və əlavə olaraq 10 milyon avro bonusdan ibarətdir.
Buna baxmayaraq, “Sportinq”in prezidenti Frederiku Varandaş daha əvvəl bildirib ki, klub 27 yaşlı hücumçunu 60+10 milyon avro məbləğində təklif daxil olsa belə, satmaq niyyətində deyil.
Digər tərəfdən, isveçli futbolçunun özü və onun meneceri klub rəhbərliyinin belə bir təklif gəldiyi halda, transferə razılıq veriləcəyini əvvəlcədən vəd etdiyini açıqlayıblar.
Qyokereş 2024/25 mövsümündə 52 oyunda iştirak edərək 54 qol vurub və 13 məhsuldar ötürmə verib. Onun “Sportinq”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
KARUSEL / İDMAN
Tarix: 13-06-2025, 15:06