mobil versiya

XİN: İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq




İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq. Bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında qeyd edilib.
 
Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.
 
Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq.

KARUSEL / SİYASƏT
Tarix: 24-06-2025, 16:53