mobil versiya

Özbəkistan və AİB strateji tərəfdaşlıq çərçivəsində 14 milyard dollarlıq yeni layihələri müzakirə edib




Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Namanqanda keçirilən “Yoxsulluqdan firavanlığa” beynəlxalq forumunda Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Yinqminq Yanqla görüşüb.

Görüşdə Yinqminq Yanq AİB-in prezidenti Masato Kandanın salamlarını çatdırıb və forumun uğurlu təşkili münasibətilə onu təbrik edib. Özbəkistanın dönməz islahatlar strategiyası çərçivəsində bankla əməkdaşlığın genişləndirilməsinin praktiki aspektləri müzakirə edilib.

Son illər əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. AİB-in Özbəkistandakı hazırkı layihə portfeli 14 milyard dollar təşkil edir və yaşıl enerji, nəqliyyat, rəqəmsal transformasiya, təhsil və digər sahələri əhatə edir.

Özbəkistan Prezidenti AİB ilə yeni Strateji Tərəfdaşlıq Proqramının, o cümlədən infrastrukturun inkişafı, dövlət-özəl tərəfdaşlıq, biznes, sosial xidmətlər və kapital bazarları üzrə layihələrin hazırlanmasının tərəfdarı olduğunu bildirib.

Yoxsulluqla mübarizə, kritik mineralların emalı, büdcə dəstəyinin təmin edilməsi, birgə investisiya platformasının yaradılması təşəbbüslərinə xüsusi diqqət yetirilib.

Gələn il Özbəkistanda AİB Rəhbərlər Şurasının İllik Toplantısının hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər də müzakirə olunub.


Reportyor.az


KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-09-2025, 16:37