HAMAS hücumların sona çatması üçün həqiqi zəmanət istəyir

Misirdə HAMAS-la İsrail arasında davam edən danışıqlarda təşkilatın nümayəndə heyətinə rəhbərlik edən Xəlil əl-Həyyə İsrailin Qəzzaya hücumların dayandırılması ilə bağlı əvvəlki öhdəliklərini yerinə yetirmədiyini vurğulayaraq hücumların qəti şəkildə sona çatması üçün həqiqi zəmanət tələb etdiklərini deyib.
Xəlil əl-Həyyə açıqlaması zamanı deyib ki, hücumların dayandırılması, İsrailin Qəzza zolağından çəkilməsi müqabilində ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq fələstinli məhbusların əvəzində bütün israilli girovları azad etməyə hazırdılar.
İsrailin tarix boyu verdiyi vədlərə əməl etmədiyini bildirən əl-Həyyə faktiki işğal yaşadıqlarını və bir an belə ona İsrail tərəfinə güvənmədiklərini deyib.
Açıqlaması zamanı o, beynəlxalq ictimaiyyətdən, Trampdan və danışıqları dəstəkləyən ölkələrdən real zəmanət tələb edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 8-10-2025, 09:05



























