mobil versiya

Misirin keçmiş naziri Xalid Əl-Anani YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb



YUNESKO-nun İcraiyyə Şurası təşkilatın baş direktoru vəzifəsinə Misirin keçmiş turizm və qədim əşyalar naziri Xalid Əl-Anani namizədliyini irəli sürüb.

Bu xəbər YUNESKO-nun saytında İcraiyyə Şurasının üzvlərinin səsverməsindən sonra rəsmən təsdiqlənib.

Misir nümayəndəsinin namizədliyinin təsdiqi təyinat prosesində əsas addım olub. Təyinatla bağlı yekun qərarı UNESCO-ya üzv dövlətlər noyabrın 6-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Baş Konfransda qəbul edəcəklər.

Baş Konfrans tərəfindən təsdiq olunarsa, Xalid Əl-Anani noyabrın ortalarında Audrey Azulenin yerinə baş direktor vəzifəsinin icrasına başlayacaq.
Xalid Əl-Anani tanınmış misirşünas və siyasətçidir, 14 mart 1971-ci ildə Gizada anadan olub. Onun təcrübəsinə mədəni irslə bağlı aparıcı əsas qurumlar daxildir: o, 2016-cı ildən Misirin Qədim Əsərlər Naziri, sonra isə 2019-2022-ci illərdə ölkənin birgə Turizm və Qədim Əsərlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Onun dünya irsinin qorunub saxlanması və təbliği sahəsində təcrübəsi, şübhəsiz ki, onun belə yüksək səviyyəli beynəlxalq mövqeyə yüksəlməsində həlledici rol oynamışdır.

Reportyor.az




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 8-10-2025, 16:44