Təyyarə qəzasında həlak olan 20 hərbçi üçün hərbi vida mərasimi keçirilir

Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində həlak olan 20 hərbçi üçün Mürted Hava Bazasında hərbi mərasim keçirilir.
Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin komanda heyəti iştirak edir.
Qeyd edək ki, hərbçilərin 19-u bu gün dəfn ediləcək. Hava Pilot Yarbay Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.
Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. (apa)
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:46


























