mobil versiya

21 kq narkotik və 600 psixotrop həbi aşkarlanıb




Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatlar nəticəsində Abşeron, Suraxanı, Sabunçu və Xəzər rayonlarında 21 kiloqram zərərli maddələrlə qarışdırılmış marixuana və 600 ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Əvvəllər məhkum olunan Araz Firidunbəyli, Arzu Hüseynov, Nahid Mənsimov, Vüsal Əliyev, Şəmistan Rəfili və Adil Ağazadə saxlanılıblar. Araşdırmalar göstərib ki, onlar istintaqla müəyyən edilən İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələrin əldə olunması və satış məqsədilə gizli nöqtələrə yerləşdirilməsini planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib.
Əməliyyatlar davam etdirilir.


Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 15:11