mobil versiya

“Səs” qəzeti fəaliyyətini dayandırır



“Səs” qəzeti fəaliyyətini dayandırır.

Bu barədə “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev sosial şəbəkə hesabında bildirib.

O, deyib: "Media Agentliyinin qərarını 35 İllik kollektivlə restrukturuzasiya və optimalaşma ilə bağlı müzakirə etdik. Bu o qəzetdir ki, Ulu Öndər Heydər Əliyev yolunda dönmədən vuruşurdu. 1990-cı illərdə daima təzyiqlərə, təhdidlərə məruz qalsa da Heydər Əliyevin ən sevdiyi qəzet kimi yolundan dönmədi. Amma bu gün məktəb yaratmış SƏS qəzeti MEDİA - nın qərarı ilə gələn ilin yanvarından həftədə bir dəfə nəşrinə və kollektivin azaldılmasına zərurət yaranıb. Dövlətçiliyə bir ömür xidmət etmiş kollektivin yarısı ilə vidalaşmaq çox ağır və ürəkağrıdıcıdır.
Yanlış anlaşılmasın Səs Media Qrupu fəaliyyətin davam etdirir".

Reportyor.az

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 15:29