mobil versiya

Sudanın RSF-i cənub sərhədindəki əsas neft yatağını ələ keçirib




Sudanın nizami ordu ilə müharibə aparan hərbiləşdirilmiş (Rapid Support Forces - RSF) Çevik Dəstək Qüvvələri bazar ertəsi günü ölkənin cənub sərhədindəki ən böyük neft yatağını ələ keçirdiyini açıqladı.

RSF-in açıqlamasında deyilir: "Heglig neft bölgəsinin azad edilməsi bütün vətənin azad edilməsində mühüm bir məqamdır".
Bu arada ordu mənbəyi AFP-yə bildirib ki, qoşunlar "neft obyektlərini qorumaq və zərərin qarşısını almaq üçün" geri çəkiliblər.

Reportyor.az 
KARUSEL / DÜNYA
Tarix: 8-12-2025, 15:44