mobil versiya

Müsəlman Türklərdə Göy Tanrı Dinindən Qalan Adətlər



Alim Nəsirov 

Türk xalqları İslam dinini qəbul etdikdən sonra qədim dinləri olan Göy Tanrıçılığı unutmamış və bu dindən qalma adət-ənənələri min illər boyu yaşatmışlar.

Bu adət-ənənələrdən bəziləri aşağıdakılardır:

Qədim türklər cənazə mərasimlərində iştirak edən insanlara ölü ruhunu sakitləşdirmək üçün yemək təqdim edər (Yoğ aşı mərasimi) və ölən şəxsin ailəsinə maddi yardım edərdilər. Ölülər üçün halva paylamaq, qəbristanlıqlara halva aparmaq da bu adətlərdəndir. Bəzi türk boylarında bu adətlər hələ də davam etdirilməkdədir. 

Şamanist türklər toy mərasimlərində “arak” (Anadoluda bu ad “rakı” şəklini almışdır) adını verdikləri içki içərdilər. İslam dinində spirtli içki qəbul etməyin qəti şəkildə qadağan edilməyinə baxmayaraq türk xalqlarında bu adət min illərdir yaşadılmaqdadır. 

Uzun yola çıxan şəxsin arxasınca su tökmək, nəzir olaraq və diləyin qəbul olması üçün məzarlara və ağaclara parça bağlamaq, nəzər dəyməməsi üçün üzərlik otu yandırmaq, yağış yağması üçün daşları bir yerə yığmaq (“Yada Daşı” əfsanəsi yağış yağdıran daşdan bəhs edir), qurşun tökmək (qut tökmək), musiqili ayinlər tərtib edilməsi, dul qalan qadının saç hörüyünün kəsilməsi (xüsusilə Aydınoğulları və Beltir türklərində), it ulamasının uğursuz qəbul edilməsi, xalçalara heyvan fiqurlarının hörülməsi də dövrümüzə qədər gəlib çatan Şamanist adətlərdəndir.

KARUSEL / YAZARLAR
Tarix: 14-01-2021, 22:41