“Krala sui-qəsdin arxasında BƏƏ durur”

Reportyor.az  xəbər verir ki, Qətərin baş nazirinin ikinci müavini Abdullah Həmid əl-Atıyyə 2003-cü ildə Səudiyyə kralı Əbdüləzizə sui-qəsd planı quran liviyalı agent Məhəmməd İsmailin BƏƏ tərəfindən təlimatlandırıldığını və hazırda Birləşmiş ərəb Əmirliklərində yaşadığını bildirib.

Şahzadənin yaxın dostu

Ərəb mətbuatı da 2017-ci ildə sui-qəsd planı proqramlaşdıran İsmail ilə BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin yaxın münasibətləri olduğunu aşkara çıxarmışdı. O dövrdə Riyadın sui-qəsdi Qətərlə birlikdə planlaşdırmaqda ittiham elədiyi, Liviya lideri Müəmmar Qəddafinin oğlu Saad Qəddafi də buna bənzər açıqlama vermişdi. BƏƏ-nin Məhəmməd İsmail ilə sui-qəsd planından xəbərdar olduğu, planı Səudiyyə Ərəbistanına bildirmədiyi, Məhəmməd İsmailin vasitəsi ilə planı istiqamətləndirdiyi Kral Abdullahın isə planın həyata keçirilməsinin qarşısını aldığı güman edilir.

Xəbər verildiyimiz kimi, Qətərin baş nazirinin ikinci müavini, əvvəllər enerji və sənaye naziri olmiş Əl-Atıyye “Lusail” qəzetinə müsahibə verib. O, Qətərin blokadaya alındığı Körfəz böhranının əsas hədəfinin terrorla heç bir əlaqəsi olmadığını deyib: “BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu qəti şəkildə bilirlər ki, Qətərin terrorla heç bir əlaqəsi yoxdur. Blokada edən ölkələr təbii qaz ehtiyatlarına görə bizi işğal eləmək niyyətində idilər. Blokada ölkələri bu planın həyata keçməsi üçün ABŞ-dan yaşıl işıq gözləyirdilər”.

Shares