Kremlin Ermənistan seçimi: işğalçı ölkə “nifaq alması”na çevrilir

Moskvadan İrəvana “yumşaq güc” nümayişi, Putinin Paşinyana ikinci “qulaqburması” və Bakının gözləntisi…

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya budəfəki səfərində Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilmədi. Kreml başçısı onunla bir neçə dəqiqəlik görüşüb şəkil çəkdirməyi belə özünə və ona rəva bilmədi. Paşinyan yalnız Rusiya baş naziri Dmitri Medvedevlə görüşlə kifayətlənməli oldu. O da erməni tərəfinin xahişindən sonra.

Bu, Ermənistanda “məxməri inqilab”dan sonra keçən 9 ayda rəsmi İrəvanın ilk belə fiaskosudur. “Yeni Müsavat” bu xüsusda xatırladır ki, ötən il sonu Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında V.Putin Ermənistanla (oxu: onun yeni rəhbərliyi ilə) problemin olmadığını iddia edərək, “ikitərəfli münasibətlərimizdə nə dağılıb ki, onu bərpa edək”, söyləmişdi. Ancaq həmin bəyanatdan az sonra Rusiya lideri Paşinyanla Moskvada mehriban atmosferdə görüşsə də, sonuncu İrəvana qayıdan kimi Rusiya Ermənistana satdığı təbii qazın qiymətini 150 dollardan 165 dollara qaldırdı.

O vaxt bunu rəsmi Kremlin İrəvana ilk xəbərdarlığı kimi qiymətləndirmişdik. Bu dəfə Putinin Nikolla görüşü iqnor eləməsi növbəti və daha sərt “qulaqburması” sayıla bilər. Buna “yumşaq güc nümayişi” də demək mümkündür. Belə görünür, Kreml başçısı bu qəbildən xəbərdarlıqların “doza”sını getdikcə artıracaq. Çünki artıq şübhə qalmır ki, Putin Paşinyandan məmnun deyil, ona etibar etmir və İrəvana qarşı hansısa kontur-planı var. Burada Paşinyanın Rusiyaya sadiq simaları, Putinin dostlarını (R.Köçəryan və s.) Ermənistanda təqib və həbs etdirməsi əlbəttə ki, mühüm rol oynayır. Ancaq başaq motivlər də var.

*****

Paşinyanın Moskva səfəri ile ilgili görsel sonucu

Diqqətçəkicidir ki, Moskvaya budəfəki səfərindən öncə Nikol Paşinyan yenə Rusiyaya siyasi reveranslar eləmişdi. Belə ki, səfərdən öncə Davosda “Avronews” televiziyasına müsahibəsində o demişdi ki, Ermənistan xarici siyasətdə qəfil dönüşlər etməyə hazırlaşmır. Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi (AİB) Ermənistan üçün vacibdir və erməni biznesi üçün böyük bazar sayılır. O, Vladimir Putinin layihəsi olan AİB ilə Ermənistanın imzaladığı razılaşmanın şərtlərini yerinə yetirmək niyyətində olduğunu da bildirmişdi.

Paşinyan eyni sözləri az sonra Moskvaya etdiyi son səfəri zamanı rusiyalı jurnalistlərə də təkrarladı. “Ermənistanın xarici siyasətində qəfil dönüşlər bizə xeyirli heç nə verməyəcək” dedi. Maraqlıdır ki, onun özü deputat olduğu zaman Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı dinləmələr keçirdiyini etiraf edib: “Əgər biz bunun yanlış qərar olduğunu hesab ediriksə, bu, o demək deyil ki, səhvlərin düzəldilməsi üçün birbaşa əks addımlar atılmalıdır. Bir şeyi misal çəkəcəyəm. Barak Obama hesab edirdi ki, Buş İraqa ordu yeridəndə yanlış addım atıb. Orduları çıxarandan sonra nə oldu? İŞİD meydana gəldi. Bu gün Ermənistan Avrasiya İttifaqının üzvüdür. Ölkə rəhbərliyinin səyləri Avrasiya İttifaqını onun üzvləri üçün effektiv etməyə yönəlməlidir. Eyni şeylər KTMT-yə də aiddir. Ermənistanın bu təşkilatlara üzvlüyünü effektiv, faydalı və perspektivli etmək üçün hər şey edilməlidir”, – deyə o, Putinin Avrasiya layihələrinə münasibətdə özünün 180 dərəcəlik mövqe dəyişikliyinə haqq qazandırmağa çalışıb.

Lakin Paşinyanın Rusiyaya növbəti sədaqət andları işə yaramadı və Putinlə görüş üçün kifayət eləmədi. Halbuki erməni baş nazir öz ölkəsinin birinci şəxsi sayılır. Putin isə bir qayda olaraq, Moskvaya gələn müttəfiq dövlətlərin başçıları ilə, hətta spikerləri ilə qısa müddətə də olsa görüşür.

Paşinyanın Moskva səfəri ile ilgili görsel sonucu

Yeri gəlmişkən, “Nezavisimaya qazeta” nəşri səfər ərəfəsində yazmışdı ki, Paşinyanın Moskva səfərinin proqramında prezident Vladimir Putinlə danışıqların olmaması təhlükəli siqnaldır. Sitat: “Nəşrin məlumatlı mənbəyinin sözlərinə görə, Rusiya tərəfi Ermənistanın yeni hakimiyyətinə hələ də kifayət qədər etibar etmir. Bəzi bəyanatlar, ələlxüsus da Çin, yaxud İsveçlə hərbi-ticarət münasibətlərinin yaradılması cəhdləri, təbii ki, Moskva tərəfindən nəzərə alınmamış deyil. Rusiyaya məxsus təsərrüfat subyektlərində yoxlamalar da etimad dərəcəsini artıra bilməzdi. Bu və ya digər Rusiya siyasi və biznes dairələri ilə əlaqəli olan keçmiş məmurlar barəsində cinayət işləri barədə isə danışmağa dəyməz. Bunlardan ən vacibi həbsdə qalmaqda olan ikinci prezident Robert Köçəryandır ki, deyilənə görə, onu Putinlə şəxsi dostluq telləri bağlayır”.

*****

Moskva-İrəvan münasibətlərində soyuq ruzigarların əsməsi fonunda yetərincə dinamik olan Moskva-Bakı əlaqələrini Rusiyadakı müəyyən çevrələrin silkələmək və pozmaq cəhdləri isə indi daha arqumentli görünür. Hədəf şübhəsiz ki, yaranmış vəziyyətdən Azərbaycanın öz xeyrinə istifadəsinə, o sırada Qarabağ məsələsində hansısa divident qazanmasına imkan verməməkdir. Təsadüfi deyil ki, bu yöndə ən çox ermənilərin kök saldığı Rusiya XİN-i, erməni dairələrinə bağlı XİN mətbuat katibi Mariya Zaxarova canfəşanlıq edir.

Ancaq hər necə olmasa, Ermənistan Rusiyaya bir köynək yaxındır. Söhbət xristian amilindən getmir. Məsələ ondadır ki, Ermənistan bölgədə Moskvanın yeganə legitim hərbi qalasıdır. Azərbaycan və Gürcüstan öz ərazilərindən rus qoşunlarını çoxdan çıxarıb. Bakı hətta Rusiyanın Azərbaycan ərazisindəki axırıncı hərbi obyekti olan Qəbələ RLS-i də qapadıb. Bununla da regionda Ermənistanın əhəmiyyəti Moskva üçün artıb. Odur ki, hazırda təkcə Paşinyan seçim qarşısında deyil. Putinin özü də Ermənistanın yeni rəhbərliyi və bütövlükdə Ermənistanla bağlı qəliz seçim qarşısındadır.

kreml ile ilgili görsel sonucu

Kremldə yaxşı anlayırlar ki, Rusiya Ermənistandan da çıxası olsa, onda Ermənistanla birgə regiona “əlvida” deməli olacaq. Putinin Paşinyanla görüşdən imtina eləməklə ona psixoloji təzyiqi daha da artırmaq istəyinin arxasındakı əndişə ən əvvəl bununla izah edilə bilərdi. Moskva bunun yaxşı fərqindədir və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Davosda olan Paşinyana son telefon zəngi də bu iddiaları təsdiqləyir ki, Ermənistan uğrunda ABŞ-Rusiya rəqabəti artıq başlayıb. Ermənistan “nifaq alması”na çevrilməkdədir. Hələ ki “balans siyasəti” aparmağa çalışan Paşinyan günün birində “ağ bayraq”la o biri tərəfə keçə də bilər…

*****

Mövcud vəziyyətdə rəsmi Bakı təbii ki, region ətrafında bütün gəlişmələri, özəlliklə də Ermənistanın Qərblə, Amerika ilə əlaqələrinin gedişini diqqətlə izləmək və çevik nəticələr çıxarıb adekvat reaksiyalar vermək zorundadır. Hər halda, gərək unudulmasın ki, Nikol Paşinyan ruhən rusun yox, ABŞ-ın adamdır. Onun “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlməsində Amerikanın İrəvandakı səfirliyinin müstəsna xidməti olub. Bunu da Moskvada yaxşı bilirlər…/musavat.com/

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle