“Lotu Quli”yə qarşı sui-qəsd planı – Həmin anın VİDEOSU

Ötən günlərdə İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də cinayətkar dəstəyə qarşı aparılan əməliyyatın daha bir pərdəarxası ortaya çıxıb.

Yenicag.az xəbər verir ki,  əməliyyat nəticəsində saxlanılanlar arasında ötən il İstanbulda qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də olub.

Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Canıyev “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovdan qardaşının qisasını almaq üçün mütəşəkkil cinayətkarlıq dəstəsi “Şirinlər”lə  5 milyon dollar qarşılığında anlaşıb.

Lakin, qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları sui-qəsddən xəbər tutaraq Namiq Canıyev, Orxan İsmayılov və Camal Tohidovu kimi azərbaycanlılar da daxil olmaqla, “Şirinlər”in başçısını və dəstə üzvlərini saxlayıb.

İndi isə həmin görüşlə bağlı kamera görüntüləri ortaya çıxıb. Məlum olub ki, həmin şəxslər anlaşmaq üçün “Ömür” ticarət məkərinə daxil olarkən göz görə-görə yoxlanmadan keçməyiblər. Az sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar qrupa qarşı əməliyyat keçirərək həmin şəxsləri saxlamağa müvəffəq olublar.

 

 

Shares
fullhd izle yerli film izle game of thrones 8.sezon izle