mobil versiya

Bu gecə Paşinyan devrilə bilər - Ermənistan MTX-dan sərt xəbərdarlıq




Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası davam edir.

REPORTYOR.AZ xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti parlament binasının ələ keçirilməsinə cəhd ediləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

"Təxribatçılar bu addımı atarlarsa, məsuliyyətin onların üzərində olacağını bildiririk. Ermənistan vətəndaşlarından belə təxribatlara uymamağı xahiş edirik", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bir çox müxalif yönümlü erməni sosial şəəbəkə hesabları və saytlarda bu gecə N.Paşinyanın devriləcəyi ilə bağlı iddia səsləndiriblər.
MANŞET / SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2022, 22:18