mobil versiya

"Pelosinin Ermənistana səfərinin əsl məqsədi ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır"



Nensi Pelosinin Ermənistana səfərinin əsl məqsədi İranı tam blokadaya almaq və erməniləri İran əleyhinə cəbhəyə cəlb etməkdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə erməni analitik Argişti Kiviryan öz Facebook səhifəsində yazıb: 
“Nensi Pelosi “Qəfəsçiyan İncəsənət Mərkəzi”nə getdi, Avarayr döyüşünü (451-ci ildə Sasani imperiyası ilə ermənilər arasında baş verdiyi iddia edilən döyüş) əks etdirən rəsmin qarşısında dayandı və ermənilərin farslara qarşı müharibəsindən danışmağa başladı. O zaman beyinsizlərdən soruşmaq lazımdır ki, Pelosi, əslində Ermənistana niyə gəlib və səfərinin məqsədləri nədir: hədəf İran, İranın tam blokadaya alınması və ermənilərin anti-İran cəbhəsinə cəlb olunmasıdır".

Başqa bir yazıda analitik yazır: “İran öz ordusunu Ermənistan sərhədinə gətirdi, amma bu siyasi axmaqlar “Ay, bizim misilsiz xilaskarımız!” deyə Nensi Pelosinin ayaqlarından asılıb. Qulaq asın, bu regionda yalnız gücə və güc təhdidinə hörmətlə yanaşılır, Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə tarixən və faktiki təhlükə yaradan cəmi iki dövlət var: biri Rusiya, ikincisi isə İrandır!"
"Qərb heç vaxt Azərbaycana qarşı ciddi addımlar atmayacaq. İndi, Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərbin alternativ enerji mənbələrinə ciddi ehtiyacı olduğu bir vaxtda ABŞ Bakını ciddi şəkildə təhdid etməyə qadirdirmi? Nə edəcəklər və niyə? Ermənilər naminə öz maraqlarına zidd gedəcəklər? Sonra İranın niyə daha aktiv olmadığına təəccüblənəcəksiniz. İndi ermənilər onun ən qatı düşməni olan ABŞ-a ümid bağlayıblarsa, o, necə fəal ola bilər. Qlobal nöqteyi-nəzərdən Tehranın Ermənistanda hətta kəskin addımlar atacağı təqdirdə əməkdaşlıq edə biləcəyi tərəfdaşı belə yoxdur...”,-deyə Argişti Kiviryan qeyd edib.

MANŞET / GÜNDƏM / SİYASƏT
Tarix: 19-09-2022, 14:02