mobil versiya

Bakıda tramvaylar bərpa olunacaq? - Rəsmi açıqlama



"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Musavat.com-un məlumatına görə, C.Qurbanov mətbuat konfransında bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir az çətindir:
“Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə ziyan vurublar. Onun yerinə xətlər tikmək bir az çətindir. Ancaq bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Baxaq, görək nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədli, Nasoslu, Maştağa, Pirallahı tərəfə xətlər çəkilə bilər”.

MANŞET / SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 17-12-2019, 12:15