mobil versiya

Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI




Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul olunub.


Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:
- 91 saylı Ucar seçki dairəsi
- 81 saylı Beyləqan seçki dairəsi 
- 72 saylı Yardımlı-Masallı seçki dairəsi
- 95 saylı Tərtər seçki dairəsi
- 42 saylı Sumqayıt ikinci seçki dairəsi
- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
- 15 saylı Yasamal birinci seçki dairəsi
- 28 saylı Sabunçu üçüncü seçki dairəsi
- 79 saylı İmişli seçki dairəsi 
- 60 saylı Salyan-Neftçala seçki dairəsi

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Baxılıb: 1 148 Tarix: 13-02-2020, 18:26


Şərh bildir
yenilə, əgər kod görünmürsə