mobil versiya

Sonu bilinməyən koronavirus kabusu: Azərbaycan və dünyanı nə gözləyir?




Dünyada və Azərbaycanda koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Bu material hazırlanan zaman dünyada ümumilikdə 10 milyon 623 min 651 nəfər koronavirusa yoluxan, 514 min 798 nəfər isə bu virusdan dünyasını dəyişən var.

Koronavirusa yoluxma tempi son günlər dünyada xeyli yüksəlib. Hazırda bir gündə 200 minə yaxın yoluxma qeydə alınır. Dünyada koronavirusdan gündəlik ölüm halları isə ötən aylarla müqayisədə bir qədər aşağı düşüb. Belə ki, bir gündə dünyada ölənlərin sayı 5 min nəfər ətrafındadır...

Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyin yayılma sürətini artırıb.

Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötüb.
Nüfuzlu beynəlxalq şirkət Azərbaycan turizminin reklamı ilə məşğul ...

Lakin 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edilib. İndiki halda ekspertlər hesab edirlər ki, bu cür sabitləşmənin əldə edilməsi də, prosesdə uğur hesab edilir.

Bununla yanaşı hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.
Operativ Qərargah: Yeni yoluxma və ölüm halları var Ayna.az

Həkimlər hesab edirlər ki, əhalinin dana çox evdə qalması, kütləvi toplantıların, gəzintilərin olmaması, insanlar arasında yaxın təmasların kəskin azalması nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir.

Bəzi ölkələrdə karantin rejimləri niyə yumşaldılır?

Bəzi ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması daha çox iqtisadi faktorla əlaqələndirilir. İqtisadçılar bildirirlər ki, məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çəkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi yumşaldılır.

Son zamanlar bir çox Avropa ölkələrində karantin qaydalarının yumşaldılmasını da görə bilərik.

Avropa ölkələri bu gündən etibarən karantin rejimini götürür

Azərbaycanda isə durum fərqlidir. Dövlət və hökumət nümayəndələri Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqlərində dəfələrlə bildiriblər ki, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir.

Bu barədə deputatlar da fikirlərini paylaşırlar. Bildirilir ki, Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir.

Yoluxma sayında artım dinamikası: səbəb nədir?

Həkimlər və eyni zamanda hökumət nümayəndələri bildirirlər ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısa müddətli, asan həlli yoxdur. Ona görə də tövsiyə edilir ki, pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.

Yaponiyada yeni koronavirusa gün ərzində ən çox yoluxma qeydə alınıb

Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir.

İndiyə qədər koronaviruslu xəstələrdən hazırlanan reportajlardan da aydın olur ki, xəstəliyin ilkin simptomları olan şəxs tibbi xidmətə müraciət etmək əvəzinə öz adi həyat qaydasını davam edir, bəzi hallarda özünü müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. Ona görə də ölkədə yayılan statistikalarda ailəvi yoluxmaların sayı üstünlük təşkil edir. 

Vətəndaşların təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi halları da müşahidə olunur.

7 Haziran corona virüs tablosu! Türkiye ve dünya genelinde vaka ...

Hələ də bəzi vətəndaşlar koronavirus pandemiyasına şübhə ilə yanaşır, müxtəlif konspiroloji nəzəriyyələrin təsiri altında zərərli fikirlər bölüşür, özü, yaxınları, ətrafı üçün ciddi təhlükə yaratmaqda davam edir.

Hansı tədbirlər görülməlidir...

Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi baş nazirin qərarlarında öz əksini tapıb. Tövsiyə edilir ki, vətəndaşlar xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməlidirlər. Bu xüsusda Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Operativ Qərargahın brifinqində bildirib ki, hazırkı vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir.

Ekspertlər hesab edirlər ki, indiki dövrdə İctimai yerlərdə (ictimai nəqliyyat, supermarketlərin girişi və s.) müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.

XƏBƏRDARLIQ! Bunu edənləri 100 AZN cərimə və ya 30 sutka həbs ...

Karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz davranış hallarına görə cərimə və digər sanksiyaların tətbiqi gücləndirilməlidir.

İndiki halda vətəndaşların ancaq və ancaq qoyulan qaydalara əməl etmələri vacibdir. Vaksin yoxdur, özümüzü yalnız sosial məsafə saxlamaq, maska taxmaq, təmizlik qaydalarına əməl etməklə qoruya bilərik...//musavat.com
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 1-07-2020, 19:34