mobil versiya

Ərdoğan: “Fərat qalxanı” və “Zeytun budağı”nın davamı gəlir”


Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd ərazidə yuva salmış terrorçulara qarşı mübarizənin davam edəcəyini bildirib. Ərdoğan Fərat çayının şərq sahillərinin təmizlənməsi məsələsi ilə bağlı belə deyib: “Cənub sərhədimizdə xərçəng hüceyrəsi kimi böyüyən, müttəfiqlərimizin ağır silahları ilə böyüdülən təşkilat aradan qalxmadıqca, Türkiyə özünü təhlükəsiz hiss edə bilməz. “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı ilə başlanan prosesi artıq başqa bir mərhələyə keçirəcəyik”.
MANŞET / DÜNYA
Tarix: 6-08-2019, 15:41