mobil versiya

Payız üçün ən faydalı çaylar - İmmun sistemi işə salır



Payızda immunitetə dəstək və yüngül soyuqdəymədə dəstək üçün aptek vasitələri yanaşı vitamin əsaslı çaylar və dəmləmələr də içməlisiz.

"Medicina" əsl payız çaylarını təqdim edir.

Həkim terapevt Nataliya Zubareva insanın ümumi əhvalına və sağlamlığına müsbət təsir edən bəzi içkilərin reseptini paylaşıb.

"Mənim sevimli payız çayım - alma çaytikanı çayıdır.

Çaydana istənilən çay, 2 qaşıq çaytikanı, yarım alma dilimləri, 2 ədəd mixək, darçın əlavə edib dəmləyin.

Eləcə də yenə də çaydana bir çimdik çay atıb, əlavə olaraq sitrus meyvələrinin qabıqlarını qatın.

Ən yaxşı çaylardan biri zəncəfil çayıdır.

İmbirlə bal, nanə, limon da uyğunlaşır.

Bu çayları 10 dəqiqədən az və ya çox dəmləməyin və təzə için.

İmmun sistemi işə salan ədviyyat çayı: istənilən qara çaya hil, darçın, mixək, badyan, yumru istiot, zəncəfil əlavə edirik. Hərəsindən çay qaşığının ucunda.

Dəmləyib, soyudub içirik.

Soyuqdəymə zamanı yarpaq çayları lazımdır: qarağat, gilas, vişnə, moruq, çiyələk və s.

Bütün payız boyu həftədə 3 dəfə təmiz qatqısız itburnu çayı için.

MARAQLI / SAĞLAMLIQ
Tarix: 27-09-2022, 16:34